NOVRUZƏLİ MƏMMƏDOV DOĞULDUĞU KƏNDDƏ DƏFN EDİLİB

Bu gün (18 avqust) “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov doğulduğu Astara rayonunun Ərkivan kəndində torpağa tapşırılıb. Mərhumun yaxınları N.Məmmədovun həddindən artıq arıqladığını və tanınmaz halda olduğunu bildiriblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) dəfndə iştirak edən əməkdaşları meyitin tanınmaz halda olması qənaətinə gəliblər.

  Dəfn mərasimində iştirak edənlər N.Məmmədovu şəhid adlandıraraq, bu ölümün Azərbaycanın dövlətçiliyinə xələl gətirdiyini bildirib və günahkarları lənətləyiblər.
Qeyd edək ki, sabah Astara rayonunun Ərkivan kəndində mərhumun üç mərasimi keçiriləcək.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında dünən (17 avqust) vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
Previous Post

MTN EUROVISİON-2009 YARIŞMASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİNƏ SƏS VERİLMƏSİNƏ GÖRƏ İZAHAT ALINDIĞINI TƏSD

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.