NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİ AVTOMOBİL QƏZASINA DÜŞÜBLƏR

Sentyabrın 25-də “Tolışi Sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun 40 mərasimindən qayıdan həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədov avtomobil qəzasına düşüblər.

Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədovun RATİ-yə verdiyi məlumata görə, hadisə təxminən saat 21:00-da Ələt-Astara şosesinin Ələt qəsəbəsindən keçən ərazisində baş verib. Bakı istiqamətində hərəkət edərkən, Emil Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil əks istiqamətdən gələn “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə, Emil Məmmədovun hər iki ayağı sınıb və o, Bakı şəhəri 1 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məryəm Məmmədova isə sol qolundan xəsarət alıb və ev şəraitində müalicə alır. H. Məmmədov onu da qeyd etdi ki, hadisəni törədən “Kamaz” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb, onun axtarışı ilə bağlı hələlik heç bir tədbir görülməyib.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ

Next Post

QƏNİMƏT ZAHİD SEVGİLADƏ QULİYEVANIN HƏBS OLUNMASINDAN TƏƏCCÜBLƏNMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.