“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Bu gün (03 dekabr) Yasamal rayon məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə 21 saylı orta məktəbin direktoru Fərrux Ağasiyevin  “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Məhkəmə prosesində iddiaçı tərəfdən Bakıxan Yusifov, cavabdeh tərəfdən isə qəzetin təsisçi baş redaktoru Habil Vəliyev və baş redaktorun birinci müavini Üzeyir Cəfərov iştirak edirdi. Proses zamanı cavabdeh tərəf şəxsiyyəti təsdiq edən sənəd və vəkalətnaməni hakimə təqdim etdi. Hakim  məhkəməni qapalı keçirilməsini təklif etdi. İddiaçı tərəf hakimin fikri ilə razılaşsa da, cavabdeh tərəf etirazını bildirdi. Hakim Mətanət Haciyeva isə məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verdi.
     Hakim M.Haciyeva məhkəmə prosesini 15 dekabr, saat 15:00-a  təxirə saldı.
    Qeyd edək ki, hakim Haciyeva Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) məhkəməyə təqdim etdiyi müraciətə mənfi cavab verərək, foto və video çəkilişə icazə vermədi.
     Xatırladaq ki, iddiaya səbəb “Gündəlik Bakı” qəzetinin 07 noyabr 2008-ci il tarixli 203 (274) saylı nömrəsində “5-ci sinif şagirdi zorlandı”, “21 saylı orta məktəbin rəhbərliyi faktı gizlədir” başlığı altında  dərc edilmiş məqalələrdir.  

Previous Post

XARİCİ RADİOLARIN MƏSƏLƏSİ MTRŞ-DƏ ABŞ NÜMAYƏNDƏLƏRİ İLƏ MÜZAKİRƏ OLUNUB

Next Post

KATV 1 İNTERNET XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.