MTRŞ «AZTV», «LİDER» VƏ «SPACE» TELEKANALLARINA XƏBƏRDARLIQ ETDİ

Bu gün(16 yanvar) Milli Televiziya və Radio Şurasının (MTRŞ) media üçün qapalı olan iclası keçirilib.

“ANS PRESS” və “Lent az”-ın verdiyi məlumata görə , iclasda MTRŞ-in 2008-ci il 11 yanvar və 30 dekabr tarixli dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı qərarlarının icra edilməsinin vəziyyəti müzakirə edilib. Şuranın qərarlarının tələblərini pozduğuna görə, «AzTV»,«Lider» və «Space» telekanallarına xəbərdarlıq edilib.
Qeyd edək ki, AzTV rus dilində verilişləri titrsız verib, «Lider» telekanalı Rus Dram Teatrının tamaşasını, türk   dillərində serialları, «Space» isə serialları dublyajsız verib.
Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Dövlət dilindən istifadənin daha da təkmilləşməsi sahəsində teleradio yayımçılarının vəzifələri haqqında” qərarın icrasında regional radio və televiziya kanallarına güzəşt edib. Buna səbəb həmin telekanalların tərcümə üçün dublyaj redaksiyalarının olmaması göstərilib.
MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov bildirib ki, yanvarın 14-də həmin televiziyaların rəhbərlərinin iştirakı ilə söhbət aparılıb və qərara alınıb ki, bundan sonra yayım tam həcmdə Şuranın qərarına uyğunlaşdırılsın. Toğrul Мəmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edirilir.
Previous Post

“AZAD AZƏRBAYCAN” VƏ “LİDER” TELEKANALLARININ ÇƏKİLİŞ QRUPLARI ATƏŞƏ TUTULUBLAR

Next Post

OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ QƏNİMƏT ZAHİDOV VƏ SAKİT ZAHİDOVLA GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.