AZƏRBAYCANDA İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞ ŞƏXSLƏRİN SAYI ARTIB

Bu gün (07 dekabr) İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə (İƏK) təqdim etdiyi alternativ hesabatla bağlı mətbuat konfransı keçirib.

Behbudov bu il noyabrın 9-dan 11-ə kimi İƏK-in 43-cü sessiyası çərçivəsində Azərbaycanda işgəncələr və qeyri-insani  davranış halları ilə bağlı vəziyyətin müzakirələrində iştirak etdiyini bildirdi. Onun sözlərinə görə, təkcə 2009-cu il ərzində işgəncə faktları ilə əlaqədar onun rəhbəri olduğu Komitəyə 110 nəfər şəxs müraciət edib. 2008-ci ildə isə bu göstərici 81 nəfər civarında olub. Hüquq müdafiəçisi işgəncəyə məruz qalmış şəxslərin adlarının, harada və hansı formada işgəncəyə məruz qalmasının əks olunduğu illik hesabatı ilin sonuna kimi təqdim edəcəyini qeyd etdi.
Tədbir zamanı Behbudov dekabrın 5-də “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşdüyünü bildirdi. Behbudov Müşfiqlə yanaşı onun müalicə həkimi İsmayıl Cabbarovla da görüşdüyünü, jurnalistin həddən artıq arıqladığını və azadlığa çıxması üçün müvafiq qurumlara müraciət edəcəyini qeyd etdi.
Qənimət Zahid Behbudovla görüşündə saxlanma şəraitindən və ona olan münasibətdən şikayət etməsə də, revmatizmdən əziyyət çəkdiyini, eyni zamanda dişlərinin müalicəyə ehtiyacı olduğunu bildirib. Həbsxanada dişlərin müalicəsi üçün lazımi şəraitin olmadığını deyən Behbudov bununla əlaqədar bu gün Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirdi. Behbudovun sözlərinə görə, baş redaktor özünü tamamilə təqsirsiz saydığı üçün əfv ərizəsinə imza atmayacağını söyləyib.      

Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,383/lang,az/

Previous Post

“MİLLƏTİM” QƏZETİNİN KOLLEKTİVİ TƏQİB OLUNMALARINDAN NARAHATDIRLAR

Next Post

MÜŞFİQ HÜSEYNOVUN XƏSTƏLİYİ ƏN TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.