ÖTƏN HƏFTƏ JURNALİSTİ HƏDƏLƏYƏNLƏR ONU ƏMƏKDAŞLIĞA DƏVƏT EDİRLƏR

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilovun Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan Kənd İnvestisiya layihəsi rəhbərliyinə yolladığı məlumat sorğusuna axır ki, cavab verilib.

Amma cavab jurnalisti qane etmir. Bu barədə   RATİ-yə Ədilovun özü məlumat verib.

”Mən sorğuda konkret layihəynin yerinə yetirilməsiylə bağlı  4 sual yazmışdım. Ancaq cavab məktubunda suallara ümumiləşdirilmiş və müccərəd bir cavab verilib. Onlar  layihənin uğurla başa çatmasını və kənd camaatının layihənin yerinə yetirilməsiylə bağlı heç bir şikəyətin olmamasını qeyd ediblər”, – deyə qeyd edən Ədilovun sözlərinə görə, cavab məktubunda o da bildirilir ki, əgər qaldırılmış problemlə bağlı şikayət varsa, bununla bağlı jurnalist onların  ofislərinə gedib yerində də araşdırma apara bilər.
Buna baxmayaraq Ədilov araşdırmasını davam etdirdiyini  və  bir neçə günə yazını  tamamlayacağını bildirdi: “Mən məcburam ki, qarşı tərəfin, yəni kənd camaatının şikayətlərini, mövqeyini daha geniş şəkildə yazım”, – deyə o, vurğuladı.
Xatırladaq ki, başladığı araşdırmaya görə, jurnalist ötən həftə yuxarıda adı çəkilən təşkilatın əməkdaşları tərəfindən telefon zəngləri vasitəsi ilə hədələnmişdi.

Previous Post

İDDİAÇI BARIŞIĞA RAZI OLMADI

Next Post

FƏRƏMƏZ ALLAHVERDİYEV NAZİM İBRAHİMOV TƏRƏFİNDƏN HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.