ABŞ AZƏRBAYCAN RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDİB

“Azadlıq” qəzetinin verdiyi məlumata əsasən, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri Azərbaycan rəhbərliyinə “Azadlıq” ,”Amerikanın səsi” və BBC radiostansiyaların yerli tezliklərdə yayımının bərpası məsələsi ilə bağlı müraciət ediblər.

Məlumatı şərh edən ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki,  adıçəkilən radioların yayımının FM tezliklərdən qısa dalğalara, internet və peyk kanallarına keçirilməsi əhalinin informasiya əldə etmək imkanını xeyli məhdudlaşdırır: ”Azərbaycanda bir çoxları üçün İnternet və peyk kanalları əlçatmazdır, həm də internetin keyfiyyəti heç də yaxşı deyil. Buna görə əvvəlki vəziyyətə qayıtmağı mühüm hesab edirik”.

 Qeyd edək ki,  Terri Devidson  Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, tezlikləri alınmış radioların digər alternativ vasitələrlə yayımlanmasının mümkünlüyü barədə dediklərinə münasibətdə qısa olaraq bildirib ki, ABŞ tərəfi bu təklifi problemin həlli hesab etmir.  
     Diplomat həmçinin bir sıra qəzetlərdə səfir Enn Dersinin sözügedən məsələ ilə əlaqədar Vaşinqtona çağırılması barədə gedən məlumatları təkzib edib və bildirib ki, səfir hal-hazırda məzuniyyətdədir və gələn həftə Bakıya qayıdacaq.

Previous Post

OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Next Post

ZÖHRAB İSMAYILOVUN MSK-YA QARŞI İDDİASI RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.