ÜZEYİR CƏFƏROV YENİDƏN POLİSƏ MÜRACİƏT EDƏCƏK

fevral 2nd, 2008
"Gündəlik Azərbaycan" qəzetinin əməkdaşı Üzeyir Cəfərov RATİ-yə bildirib ki, ona gələn anonim zənglər barədə polisin "Azersell"-ə göndərməli olduğu sorğu ilə bağlı heç bir məlumat yoxdur.

Məsələnin belə davam edəcəyi təqdirdə yenidən ərizə yazacağını vurğulayan Cəfərov bildirdi ki, "bu haqsızlıqdı, artıq dördüncü dəfədir müraciət edirəm, lakin mənim müraciətimə cavab gəlmir".
Bu məsələdən narahat olduğu üçün ABŞ səfirliyi Cəfərovu səfirliyə dəvət edib. Jurnalistin sözlərinə görə, səfirlikdə görüş zamanı ona gələn anonim zənglər barədə müzakirələr aparılıb: "mənə bu məsələni diqqətdə saxlayacaqlarını bildiriblər".