ATƏT-İN SÖZ VƏ MEDİA AZADLIĞI ÜZRƏ YENİ NÜMAYƏNDƏSİ TƏYİN OLUNUB

Bosniya-Herseqovinadan olan Dunya Miyatovic ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi təyin olunub. Bu barədə “Azadlıq” radiosu ATƏT-ə istinadən məlumat yayıb.  Mikloş Haraştini əvəzləyəcək Miyatovic üç il müddətinə bu vəzifəni icra edəcək.

Dunya Miyatoviç media hüquqları və qanunvericiliyin tənzimlənməsi üzrə mütəxəssisdir. 1988-ci ildə Bosniya və Herseqovina kommunikasiyaların nizamlanması agentliyinin təsisçilərindən biri olan Miyatoviç eyni zamanda Mətbuat Şurasının formalaşdırılmasında da yaxından iştirak edib. O, 2007-ci ildən Avropa Platformasının nizamlayıcı orqanının sədri olub. Miyatoviç Ermənistan, İordaniya, Serbiya, Çernoqoriya, Sloveniya, Birləşmiş Krallıq, Avstriya, Mərakeş və İraqda ekspert kimi işləyib. O, Avropa Birliyi ölkələrini təmsil etməyən ilk nümayəndə və ilk qadındır.
Previous Post

“DEMOKRATİK CƏMİYYƏTDƏ MEDİA: BEYNƏLXALQ VƏ YERLİ TƏCRÜBƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Next Post

GÜRCÜSTAN PROKURORLUĞU ELMAR HÜSEYNOVUN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSLƏRİN AZƏRBAYCANA VERİLMƏMƏSİNƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.