SOROS FONDUNUN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ İLLİK HESABAT TƏQDİM EDİB

Bu gün (25 iyun) Azərbaycan Media Mərkəzdə Soros Fondunun Azərbaycan nümayəndəliyi – “Açıq Cəmiyyət İnstitutu” Yardım Fondunun 2009-cu il üçün hesabatının təqdimatı olub. Həmçinin, bu qrupun idarə heyətinin yeni üzvləri təqdim edilib.

    Fondun icraçı direktoru Fərda Əsədovun verdiyi məlumata görə, ötən il qurumun ümumi xərcləri $3,342 533, o cümlədən inzibati xərclər $464 092 (14%) təşkil edib. Bu zaman proqram xərcləri, qrantlar da daxil olmaqla, $2 878 441 təşkil edib.

 

      2010-cu il üçün büdcəni təxminən eyni məbləğ təşkil edəcək. Parlament seçkiləri ilə əlaqədar seçkilər üzrə iri layihə həyata keçirilməsi nəzərdə tutulmur. Seçki hüquqlarının həyata keçirilməsi, seçkilərin işıqlandırılması və seçkilərin yekunlarına dair analitik tədqiqatın hazırlanması sahəsində kiçik proqramlar maliyyələşdiriləcək.

 

    Fondun idarə heyəti rəhbərliyini tərk edən Zərdüşt Əlizadə qeyd edib ki, xərclərin dörddə birindən çoxu səhiyyə sahəsində vərəmə, narkomaniyaya qarşı mübarizə ilə bağlı layihələrə yönəldilib.

 

    Yardım Fondunun idarə heyətinin yeni sədri Mehman Əliyev də bir çox QHT-ləri, həmçinin KİV-lərin dövlətə xidmət göstərməyə meyl etdiyini və ölkənin mühüm problemlərinə reaksiya vermədiyini vurğulayıb. Misal kimi o, Kür və Araz çaylarında daşqın zonasında problemlərin həlli zamanı QHT-lərin passivliyini qeyd edib. Belə bir vəziyyətdə hökumətə ciddi ictimai nəzarət olmalıdır.

 

    Onun fikrincə, müstəqil QHT-lər və media qurumları bir-biri ilə qarşılıqlı fəaliyyət göstərməli və manipulyasiya olunan cəmiyyətin yaradılmasına mane olmalıdır.

 

   Filosof Rəhman Bədəlov, “Ebert” Fondunun nümayəndəsi Rəşad Hüseynli və Marşall Fondunun nümayəndəsi Mehriban Rəhimli Fondun idarə heyətinin yeni üzvləri seçiliblər.

 

    Filosof Əli Abbasov, hüquq müdafiəçisi Arzu Abdullayev və media sahəsində ekspert Şahin Abbasov idarə heyətinin üzvü olaraq qalır.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA AZƏRBAYCANLA BAĞLI QƏTNAMƏ QƏBUL EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.