AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA AZƏRBAYCANLA BAĞLI QƏTNAMƏ QƏBUL EDİLİB

İyunun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında  Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel ve Jozef Debono Qrexin hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı  qətnamə  qəbul edilib.

Qətnamədə 2010-cu ilin noyabrında  Azərbaycanda keçiriləcək parlament seçkilərində  Avropa standartlarına tamamilə əməl etməyin, və bu seçkilərin azad və ədalətli hesab olunması şərtlərinin təşkilinin əhəmiyyəti qeyd olunub. AŞPA hesab edir ki, 2008-ci il prezident seçkilərində və 2009-cu ilin Bələdiyyə seçkilərində Avropa standartlarına uyğun müəyyən irəliləyişlər olsa da, bu seçkilərin heç biri demokratik tələbləri tamamilə yerinə yetirməyib.

 

Qətnamədə Azərbaycanda media azadlığı ilə bağlı müddəalar yer alıb. Assambleya jurnalistlərə qarşı həbsləri, hədələri və təzyiqləri pisləyib. Qeyd edilir ki, Assambleya Azərbaycanda həbsdə olmuş bir neçə jurnalistin azadlığa buraxılmasını alqışlayır, bununla belə, AŞPA bəzi jurnalistlərin həbsdə saxlanılmasından narahatdır. Eynulla Fətullayevin həbsdə olması, Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azadlığa buraxılması ilə bağlı qərarının olmasına baxmayaraq, hələ də azad edilməməsi, gənc bloggerlər Emin Millinin və Adnan Hacızadənin həbsə atılması narahatçılıq doğuran məqamlar kimi qeyd edilib.

 

Jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü də neqativ hal kimi qiymətləndirilib. Vəziyyətin yaxşılaşması üçün Assambelya Azərbaycan hakimiyyətini Fətullayevi dərhal azad etməyə, diffamasiya işlərinə görə jurnalistləri cinayət məsuliyyətindən azad etməyə və jurnalistlərin fəaliyyəti üçün tam şərait yaratmağa çağırıb.  

 

Qətnamənin tam mətninin Azərbaycan dilinə tərcümə olunmuş variantını yaxın günlərdə təqdim edəcəyik.

 

Previous Post

SOROS FONDUNUN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ İLLİK HESABAT TƏQDİM EDİB

Next Post

KÜR QƏRARGAHI SU BASMIŞ KƏNDLƏRİN KÖÇÜRÜLMƏSİNİN ƏLEYHİNƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.