“P.S. NOTA” QƏZETİNİN BAŞ REDAKTORU HƏBS MÜDDƏTİNİ BAŞA VURDU

Bu gün (08 fevral) “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli 3 aylıq həbs müddətini başa vurduqdan sonra 14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. S.Əlibəyli Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, həbsxanada olduğu müddətdə səhhətindən və saxlanma şəraitindən heç bir şikayəti olmayıb.

Baş redaktor qeyd edib ki, yenə də tutduğu yola davam edəcək və yazıları ilə mübarizə aparacaq.  O, əlavə etdi ki, “P.S Nota” qəzetinin fəaliyyətini bərpa edəcək.
Xatırladaq ki, 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin hökmlə həmin vaxt “Nota” qəzetində çalışmış Ramiz Tağıyev də 6 ay müddətinə islah içləri ilə cəzalandırılmışdı.
Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Sərdar Əlibəylinin baş redaktor olduğu həftəlik “Nota Bene” və “Nota” qəzetləri Mətbuat Şurası tərəfindən “reket” elan olunduğu üçün, mətbəələr qəzetləri çap etməkdən imtina ediblər və S.Əlibəyli “P.S. Nota” qəzetinin təsis edib.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN XARİC OLUNMASI İLƏ BAĞLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.