İsveçin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Mats Yohansson (Mats Johansson) qurumun mədəniyyət, elm və təhsil komitəsinin mətbuat azadlığı üzrə daimi məruzəçisi təyin olunub(APA).
Qeyd edək ki, əvvəllər bu vəzifəni britaniyalı deputat Endryu Makintoş (Andrew McIntosh) icra edirdi. Lakin 2010-cu ilin avqust ayında onun vəfatından sonra bu vəzifə boş qalıb.