Lənkəran Dövlət Universitetinin (LDU) sabiq tələbəsi Pərviz Əzimovun universitetə bərpa məsələsi ilə bağlı problem həll olunmamış qalır. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (10 iyul)P.Əzimovun özü məlumat verib. Onun bildirdiyinə görə, Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə keçirilən məhkəmə proseslərində dəfələrlə barışıq təklifi olsa da, universitet rəhbərliyi bununla bağlı heç bir təşəbbüs göstərməyib:
“İyunun 23-də keçirilən son məhkəmə prosesindən sonra universitet rəhbərliyi ilə görüşə bildim. Rəhbərlikdən mənə universitetə bərpanın 6 ay müddətinə mümkün ola biləcəyini bildirdilər.”
P.Əzimov vurğuladı ki, bərpa ilə bağlı məsələni yenidən məhkəmə müstəvisində davam etdirəcək.
Qeyd edək ki, Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə Lənkəran şəhər məhkəməsində iddia qaldırmış və tərəflər arasında barışıq danışıqları getdiyindən, 23 iyunda keçirilən prosesdə iddiaçının razılığı ilə icraat müvəqqəti dayandırılmışdı.

Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.