KİV-Ə YARDIM STRATEGİYASININ İŞLƏNMƏSİ ÜZRƏ TƏKLİFLƏR HAZIRLANIB

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev KİV-ə Dövlət  Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə KİV-in inkişaf yolları barədə təkliflər göndərib. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) “Turan”dan məlumat daxil olub.

Beş səhifəlik məktubda fond rəhbərinin diqqəti KİV-in inkişafı haqqında Dövlət Konsepsiyasına çəkilir. Bu konsepsiya Fondun məqsəd, vəzifə və fəaliyyət istiqamətlərini müəyyən edir. Xüsusən, konsepsiya müstəqil və məsuliyyətli mətbuatın formalaşması üçün azad, ədalətli, şəffaf rəqabət mühitinin yaradılmasını nəzərdə tutulur.
Məktubda birinci növbəli vəzifələr kimi KİV-in iqtisadi vəziyyətinin haqqında: redaksiyaların təsərrüfat fəaliyyəti, reklam, mətbəə xidməti bazarının və çap nəşrlərini yayım bazarının vəziyyətini müəyyən edəcək genişmiqyaslı araşdırma aparılması qeyd edilib. Araşdırmaların nəticələri mətbuatın  problemlərinin aradan qaldırılması, bazarın təkmilləşdirilməsi üçün daha dəqiq strategiya müəyyən etməyə imkan verir.

Qəzetlərə yardım göstərilməsində əsas meyar kimi Əliyev aşağıdakıları götürməyi təklif edir: Qəzet və jurnallara hər bir satılan nüsxə üçün müəyyən əlavə ödəniş sxemi ilə maliyyə yardımı. Şərti olaraq hər qəzet üçün 10 qəpik. İlkin hesablamalarımız göstərir ki, ildə 60 mln qəzet satıldığı təqdirdə bütün çap nəşrləri üçün dotasiya 6 mln manat təşkil edər.
   İnternet nəşrlər üçün hesablama yerli İP müştəri sayına görə aparıla bilər. Onların xərcləri çap KİV-dən xeyli az olduğu üçün daxil olan hər bir şəxs üçün dotasiya 5 qəpik təşkil edə bilər.
Qəzetlər üçün sosial reklam institutunun yaradılmasına xüsusi diqqət yetirmək təklif edilir. Reklamın dəyərini də satılan qəzetin və ya İnternet-nəşrlərin müştərilərinin sayı ilə əlaqələndirmək təklif edilir.
Həmçinin mətbuatda reklam bazarına stimul vermək məqsədilə qanunvericiliyə düzəlişlər edilməsi, mətbəə xidmətlərinin yaxşılaşdırılmasın və qəzetlərin bütün ölkədə yayım şəbəkəsinin bərpasına dövlət dəstəyi göstərilməsi təklif olunur.
İnformasiya əldə etmək və jurnalistlərin peşəkarlıq səviyyəsinin problemlərinin həllinə xüsusi diqqət yetirmək təklif edilir.

Previous Post

PƏRVİZ ƏZİMOV UNİVERSİTETƏ BƏRPA İLƏ BAĞLI YENİDƏN MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

Next Post

NAXÇIVANDA JURNALİSTƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.