PƏRVİZ ƏZİMOVUN UNİVERSİTETƏ QARŞI İDDİASI TƏMİN OLUNDU

Bu gün (10  sentyabr) Lənkəran şəhər Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə  tərəflərin yekun çıxışları dinlənilib. P.Əzimov universitetdən xaric olunmasına  jurnalist fəaliyyətinin səbəb olduğunu deyərək, iddianın təmin olunmasını xahiş etdi.
Cavabdeh qismində çıxış edən LDU-nun prorektoru Ruslan Həmidov isə iddianın əsassız hesab edilərək rədd olunmasını istəyib. Hakim iddianı təmin edərək,  Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə qərardad çıxardı.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirsə də, P.Əzimov universitetdə baş verən qanunsuz hallarla bağlı  “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edirdi.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN SAYTINA HAKER HÜCUMU OLUB

Next Post

MİKLOŞ HARAŞTİ SƏFƏRİNİN YEKUNU İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.