JURNALİSTİ DÖYƏN ŞƏXS 180 SAAT İCTİMAİ İŞLƏRLƏ CƏZALANDIRILIB

Bu gün (23 avqust) Səbail rayon Məhkəməsində jurnalist Zülfüqar Xeyirxəbərə fiziki xəsarətlər yetirmiş Əziz Əhmədova qarşı Cinayət Məcəlləsinin 221-ci  – xuliqanlıq maddəsi irəli sürülmüş ittiham üzrə hökm oxunub.

Hakim Kəmalə Əmirxanova Əziz Əhmədovun 180 saat ictimai işlərlə cəzalandırılması barədə hökmü elan edib. Qeyd edək ki, dövlət ittihamçısı Yusif Səməndərov təqsirləndirilən şəxs Əziz Əhmədovun 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Zərərçəkmiş Zülfüqar Xeyirxəbər və nümayəndəsi Fariz Namazlı hökmün elan edilməsində iştirak etməyiblər.

 

Zülfüqar Xeyirxəbər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

 

Xatırladaq ki, 18 fevral 2010-cu il tarixində, həmin vaxt “SalamNews” agentliyində müxbir işləyən Zülfüqar Xeyirxəbər “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən fiziki təzyiqə məruz qalıb. Özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub.  Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı onu itələyə-itələyə ərazidən kənarlaşdırmaq istəyib. Bu zaman orada olan Əziz Əhmədov ona zərbə endirib. Jurnalist və nümayəndəsinin FHN əməkdaşı və Zaur Qafarovun da barəsində cinayət işinin başlanılması ilə bağlı vəsatətləri təmin olunmayıb.

 

Previous Post

JURNALİSTLƏRİN DÖYÜLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİNİN BAŞLANILMASI RƏDD EDİLDİ

Next Post

EYNULLA FƏTULLAYEV MİRŞAHİNƏ CAVAB YAZIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.