VAŞİNQTONDA SÖZ AZADLIĞI PROBLEMLƏRİNƏ AİD PLENAR İCLAS KEÇİRİLİB

Sentyabrın 22-də Soros fondunun Vaşinqtondakı ofisində Azərbaycanda söz azadlığı probleminə həsr edilmiş plenar iclas keçirilib. “Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, mətbuatın problemləri haqqında məruzələrlə “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova, Amerikanın İREX təşkilatının əməkdaşı Şahin Abbasov və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxış edib.

Debatlar zamanı iştirakçılar siyasi-iqtisadi vəziyyət, jurnalistlərin təhlükəsizliyi, alternativ jurnalistikanın formalaşması məsələlərini müzakirə edərək, həbs edilmiş bloqçular – Adnan Hacızadə və Emin Millinin taleyinə xüsusi diqqət yetiriblər.
İclasda ekspertlər, ABŞ-da təhsil alan azərbaycanlı tələbələr və Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndəsi iştirak edib.
Auditoriyanın suallarından göründüyü kimi, daha çox Azərbaycanda demokratiyanın vəziyyəti, korrupsiyanın yüksək səviyyədə olması və söz azadlığının pozulması narahatlıq doğurur: “Tələbə ictimaiyyəti və siyasətçilər bloqçular – Emin Milli və Adnan Hacızadənin işini Azərbaycanın daxili işi kimi yox, daha böyük bir məsələ kimi izləyir” – deyə sessiya iştirakçılarından biri bildirib.

Previous Post

SƏRHƏDSİZ REPORTYORLAR QƏNİMƏT ZAHİDLƏ BAĞLI BƏYANAT VERİB

Next Post

JURNALİSTİN HƏDƏLƏNMƏSİ VƏ TƏHQİR EDİLMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.