SƏRHƏDSİZ REPORTYORLAR QƏNİMƏT ZAHİDLƏ BAĞLI BƏYANAT VERİB

Sərhədsiz Reportyorlar Təşkilatı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin cəzasının qalan hissəsindən azad olunması ilə bağlı iddiasının təmin olunmamasını pisləyən bəyanat verib. Bəyanatda jurnalistin voleybol oynamaqdan imtina etdiyinə görə vaxtından əvvəl azad olunmaması pislənib.

”Əzizbəyov Rayon məhkəməsinin qərarı Qənimət Zahidi mümkün qədər çox həbsdə saxlamağa yönəlib” – deyə qeyd olunan bəyanatda, bu qərarın Azərbaycanda jurnalistlərə qarşı hədə-qorxu mühitini saxlamaq məqsədi daşıdığı da vurğulanır.
Bəyanatı ingilis dilində tam oxumaq üçün   http://www.rsf.org/Baku-appeal-court-upholds-four.html linkinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, qanunvericiliyə görə, əgər məhbus cəzasının üçdə birini çəkdiyi müddətdə özünü nümunəvi aparıbsa və həbsxana qaydalarını pozmayıbsa, vaxtından əvvəl azad oluna və cəzası yüngülləşdirilə bilər. Sentyabrın 17-də baş redaktorun ərizəsinə əsasən keçirilən prosesdə həbsxana rəhbərinin Qənimət Zahidlə bağlı verdiyi rəyə görə iddia rədd edilib. Belə ki, Qənimət Zahid 2008-ci ilin iyun ayında məhkumlar üçün təşkil olunan voleybol yarışmasında iştirakdan imtina etməsi həbsxananın rejim qaydalarını pozması kimi qəbul olunub.
Xatırladaq ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ANS ŞİRKƏTİNƏ QARŞI İDDİASINA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Next Post

VAŞİNQTONDA SÖZ AZADLIĞI PROBLEMLƏRİNƏ AİD PLENAR İCLAS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.