QARABAĞ AZADLIQ TƏŞKİLATININ ETİRAZ AKSİYASI POLİS TƏRƏFİNDƏN DAĞIDILIB

Bu gün (13 oktyabr) Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib.

Türkiyə və Ermənistanla arasında əlaqələrin normallaşmasına dair protokolun imzalanmasına etiraz olaraq keçirilən aksiyada “Türkiyə, Qarabağı satma!”, “Rədd olsun erməni terrorizminə dəstək verənlər!”, “Ya Qarabağ, ya ölüm!” şüarları səsləndirəm piketçilərə polis səfirliyə yaxınlaşmağa mane olub.
Aksiyada Türkiyə prezidenti, baş naziri, xarici işlər nazirinin üzərindən qara xətt çəkilmiş şəkilləri qaldırılıb və sonda yandırılıb.
Polis aksiyaçılara qətnaməni Türkiyə səfirliyinə təqdim etməyə imkan verməyib və QAT sədri Akif Nağı, həmçinin daha 5 nəfər QAT fəalı (Asif Məmmədov, Şaiq Süleymanov, İlqar Əliyev, Mehman İsmayılov, Fərhad Ələkbərov) polislər tərəfindən zorla maşına basılıb və Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıblar.
Previous Post

METRODA GEDİŞ HAQQININ ARTIRILMASINA ETİRAZ EDƏN GƏNCLƏR HƏBS OLUNDULAR

Next Post

GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.