METRODA GEDİŞ HAQQININ ARTIRILMASINA ETİRAZ EDƏN GƏNCLƏR HƏBS OLUNDULAR

Bu gün (13 oktyabr) bir qrup gənc Bakı Metropolitenində gediş haqlarının artırılmasına etiraz olaraq “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı Hüseyn Cavid parkında aksiya keçirib. Aksiya iştirakçıları “Tağıya İstefa”, “Qiymətlər Endirilsin” şüarları səsləndirərək, “Elmlər Akademiyası” metrostansiyasına doğru irəliləməyə cəhd ediblər.

Bu zaman polislər aksiyaya müdaxilə edərək, 12 nəfər gənci zorla Yasamal rayon polis idarəsinin 26 və 27-ci polis bölmələrinə aparıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə oktyabrın 1-dən etibarən Bakı Metropolitenində gediş haqları üç dəfə artırılaraq 15 qəpiyə çatdırılıb. Buna cavab olaraq hələ oktyabrın 5-də gənclər qiymət artımına qarşı etiraz aksiyası keçirmişdilər.
Saxlanılan gənclər  Yasamal rayon məhkəməsində cərimə və xəbərdarlıq edilərək saat 19.30-dan sonra sərbəst buraxılıblar.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,338/lang,az/

Video: http://www.irfs.az/content/view/2962/31/lang,az/

Previous Post

QƏNİMƏT ZAHİD RAUF ARİFOĞLUNA VƏ MİRZƏ SAKİTƏ MƏKTUB GÖNDƏRİB

Next Post

QARABAĞ AZADLIQ TƏŞKİLATININ ETİRAZ AKSİYASI POLİS TƏRƏFİNDƏN DAĞIDILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.