POLİS AQİL XƏLİLİ MƏCBURİ QAYDADA MƏHKƏMƏYƏ APARACAQ

Bu gün (01 iyul) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlili

bıçaqlamaqda təqsirli bilinən Sergey Strikalinin məhkəmə prosesi keçirilib. Bu dəfə də Xəlil  prosesdə iştirak etmirdi.
         Buna görə də, hakim prosesin keçirilib-keçirilməməyi ilə bağlı dövlət ittihamçısı və təqsirləndirilən şəxsin vəkilindən münasibət bildirməyi xahiş etdi. Dövlət ittihamçısı Eldar Həmzəyev ötən prosesdə söylədiyi kimi bu prosesdə də  Xəlilin məhkəmədə iştirakının vacibliyini bildirdi.
         “O artıq neçənci prosesdir ki, məhkəməyə gəlməkdən imtina edir. Belə halda o məhkəməyə Azərbaycan qanunvericiliyinə uyğun olaraq məcburi şəkildə gətirilməlidir”, – deyə qeyd edən prokurorun bu sözlərini həm təqsirləndirilən şəxs S. Strikalin, həm də onun vəkili Akif Xəlilov da təsdiqlədilər.
         Bundan sonra müşavirəyə yollanan hakim qayıtdıqdan sonra A. Xəlilin növbəti prosesə məcburi gətirilməsinə dair qərar verdi və bu işi Nəsimi rayon Polis İdarəsinə həvalə etdi. Habelə hakim növbəti prosesi iyul ayının 3-ü saat 10:30-a təyin etdi.
         Qeyd edək ki, prosesi ATƏT-in Bakı ofisinin və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri müşahidə edirdilər.

Previous Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI MƏLUMATLARA MALİK OLDUĞUNU İDDİA EDƏN MƏHBUS DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.