VƏTƏNDAŞLARIN ŞİKAYƏT VƏ ƏRİZƏLƏRİNƏ BAXILMA SAHƏSİNDƏ CİDDİ PROBLEMLƏR MÖVCUDDUR

Bu gün (23 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  (RATİ) mətbuat mərkəzində “Azadlığın və Sülhün Müdafiəsi”  (ASM) Beynəlxalq Hüquq Təşkilatı “vətəndaşların ərizə və şikayətlərinə baxılmasının vəziyyətinə dair” mətbuat konfransı keçirdi.

ASM-in Azərbaycan nümayəndəliyinin rəhbəri Bulud Həsənov tədbiri giriş sözü ilə açaraq, mövzu ilə bağlı ictimaiyyətdə ciddi narahatçılığın mövcudluğunu  qeyd etdi. O konfransda iştirak edən qadınlara xitabən onların əksəriyyətinin hüquqlarının bu baxımdan pozulduğunu, onların məmur özbaşınalığı ilə üzləşdiklərini bildirdi. B. Həsənov qadınların ailə, məişət, mənzil problemlərindən  əziyyət çəkdiklərini, onların hüquqlarının dövlət müəssisələrində qulluqda olan məmurlar tərəfindən kobud şəkildə pozulduğunu da qeyd etdi.
   Konfrans iştirakçıları polislərin, hüquq mühafizə orqanlarının nümayəndələrinin müxtəlif dövlət instansiyalarına üz tutan şikayətçilərə təzyiqlər etdiyini, onların həmin ərazidən uzaqlaşdırılaraq polis bölmələrinə aparıldıqlarını və orada hədə-qorxulara məruz qaldıqlarını da dedilər.
   Sonda konfrans iştirakçıları əhalinin ərizə və şikayətlərinə vaxtında baxılmamağına son qoymaq üçün  Azərbaycan Respublikası prezidenti İlham Əliyevə  müraciət ünvanladılar.
 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,270/lang,az/

Previous Post

ELAN!

Next Post

JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.