Reytinq qəzetinin satışı dayandırılıb

“Reytinq” qəzetinin satışı ilə bağlı problemlər yaranıb. Bu barədə bu gün( 15 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Afiq Mirzəbəyli  məlumat verib.

O bildirib ki, qəzet bazar günü çap edildiyi üçün  köşklər qəzetin satışından imtina edirlər.

“Onlar qeyd edirlər ki,  onlar şənbə və bazar günü işləmədikləri üçün qəzeti sata bilmirlər. Dünən “Metroservis” də satışın dayandırıldığını bildirib. Bu problem çoxdan var idi, ancaq düşünürdük ki, bu problemi həll edəcəyik”,-deyə baş redaktor qeyd edib.

Previous Post

Nəşriyyat “Yeni Müsavat” qəzetinə borcla bağlı xəbərdarlıq edib

Next Post

Cəzasızlığa Son Qoyulsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.