Cəzasızlığa Son Qoyulsun!

impunity

Cəzasızlığa  Qarşı Beynəlxalq Gün nədir?

23 noyabrda “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” qeyd olunur. Bu gün ifadə azadlığı hüquqlarından istifadə etmənin qurbanı olmuş şəxslərin ədalət tələb etmək çağırışına və cəzasızlıq məsələsinin ictimailləşdirilməsinə həsr olunub.

Nə üçün 23 Noyabr Cəzasızlığa qarşı Beynəlxalq Gün kimi seçilib?

Bu gün 2009-cu ildə Fillipində 32-si jurnalist və media nümayəndəsi  olmaqla 58 şəxsin qətlə yetirildiyi və tarixə “Maquindanao, Ampatuan” qətliamı  kimi düşmüş hadisənin il dönümünü qeyd edir. Bu günə kimi bu əməli törədənlərdən heç biri cəzalandırılmayıb.   İki il bundan öncə 2011-ci ilin 23 noyabrında  Azərbaycanda jurnalist Rafiq Tağıya bıçaqla hücum edilmiş və o 4 gün sonra dünyasını dəyişmişdir.  Rafiq Tağıdan öncə isə, 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdir.  Eyni zamanda Azərbaycanda jurnalistlərə qarşı çoxsaylı fiziki hücumlar və şantaj halları da baş vermişdir. Ancaq bu günə kimi jurnalistlərə qarşı baş verən zorakılıq halları üzrə hər hansı şəxs cəzalandırılmamışdır.

 Azərbaycanda “Cəzasızlığa Qarşı Beynəlxalq Gün”ü ərəfəsində 22 Noyabr saat 11:30-dan 13:00-dək Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində “Cəzasızlığa  Son Qoyulsun” adlı dəyirmi masa keçiriləcək ( Ünvan: Bakı şəh,  R. Behbudov küç 8,  mənzil 85/86) Dəyirmi masanın yekununda Azərbaycanda jurnalistlərə qarşı olan cəzasızlıqla bağlı ümumi bəyannamə qəbul olunacaq.

23 noyabr saat 12:00-12:30-dək iki il bundan öncə, 2011-ci il noyabrın 23-də ona qarşı baş vermiş sui-qəsddən dünyasını dəyişmiş mərhum jurnalist-yazıçı Rafiq Tağının məzarı  önündə anım mərasimi keçiriləcək.

Əlavə məlumatı aşağıdakı telefon nömrələri vasitəsi ilə əldə edə bilərsiniz: (+99412) 408-75-30 , (050) 508-78-87

Previous Post

Reytinq qəzetinin satışı dayandırılıb

Next Post

Dünya Televiziya Günündə RATİ Azərbaycan hökumətini teleradio yayımı islahatlarına çağırır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.