Rusiyanın aparıcı telekommunikasiya operatoru olan “Rostelecom” şirkətinin Mahacqala (Dağıstan) ərazisindən keçən fiber-optik rabitə kanalında baş verən texniki problemlə əlaqədar dünən Azərbaycanın İnternetlə təminatında problemlər yaranıb.
Azərbaycanda universal rabitə xidmətləri göstərən “Delta Telecom” şirkətindən “APA-ECONOMİCS”ə verilən məlumata görə, problem təxminən saat 18.00 radələrində yaranıb. Şirkətdən bildirilib ki, problemlə əlaqədar Azərbaycan ərazisində internet xidmətlərinin göstərilməsi tam dayandırılmayıb, amma xətlərdə baş verən yüklənmə ilə əlaqədar internetin sürətində bir qədər zəiflik yaranıb.