MİRZƏ SAKİTİN VƏKİLİ PROKURORLUĞA ÇAĞIRILIB

“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı, satirik jurnalist Mirzə Sakitin vəkili Əlaif Həsənov Qaradağ Rayon Prokurorluğuna çağırılıb.

Bu barədə RATİ-yə məlumat verən Həsənovun sözlərinə görə, onun prokurorluğa çağırılması Mirzə Sakitin həyatına sui-qəsd olunması və nəticədə jurnalistin məhkəməyə müraciət etməsi ilə əlaqədardır. Həsənov yaxın günlərdə Prokurorluğa gedəcəyini bildirib. Məhkəmədən bildiriş gəlmədiyi üçün Həsənov hələ məhkəmə araşdırmasının nə vaxt başlanacağını bilmir.

“Azadlıq” qəzetinin həbsdə olan müxbiri Mirzə Sakitə (Sakit Zahidov) qarşı 14 saylı Cəzaçəkmə Müəssisəsində hər hansı sui-qəsd olmayıb”. Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Müfəttişliyinin rəhbəri Malik Ələkbərov “Azadlıq” radiosuna belə deyib. Onun sözlərinə görə, söylənənlər şaiyədən başqa bir şey deyil: 

“Həm Mirzə Sakitlə, həm də o məhkumla (Mirzə Sakitə qəsddə cəhddə şübhəli bilinən – red.) görüşlər keçirilib və deyilənlər öz təsdiqini tapmayıb. Mirzə Sakit cəzaçəkmə yerinin dəyişdirilməsini istəyir və müvafiq ərizə ilə Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib. Onun müraciətinə baxılır və yəqin ki, yaxın vaxtlarda bununla bağlı qərar qəbul olunacaq”.

Xatırladaq ki, avqustun 19-da Mirzə Sakit vəkili Əlaif Həsənovla görüşü zamanı onun həyatına sui-qəsd hazırlandığını və həyatına ciddi təhlükənin olduğunu söyləmişdi. Sui-qəsdin arxasında həbsxana rəhbərliyinin durduğunu iddia edən jurnalist Qaradağ Rayon Məhkəməsinə müraciət edib. M.Sakit başqa cəzaçəkmə müəssisəsinə köçürülməsini də istəyir.

Previous Post

ŞƏRQ-QƏRB İNFORMASİYA MAGİSTRALI LAYİHƏSİ HAZIRLANILIR

Next Post

DÜNƏN AZƏRBAYCANIN İNTERNETLƏ TƏMİNATINDA PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.