NAXÇIVANDA JURNALİSTƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

Naxçıvanda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı təxribat hazırlanır. Dünən (09 iyul) mülki geyimli polislər müxbirin yaxınlarından birini təhdid edərək onun vasitəsilə H.Mehdiyevə bir neçə ədəd patron verməsini təklifi ediblər. Plana əsasən həmin adam H.Mehdiyevə patron verərkən müxbir həbs olunmalı imiş. Əvvəlcə bununla razılaşan şəxs sonradan müxbirə ehtiyatlı olması üçün xəbərdarlıq edib. Bu barədə RATİ-yə H.Mehdiyevin özu  məlumat verib.

Qeyd edək ki, H. Mehdiyev son dövrlər Muxtar Respublikada mütəmadi olaraq təziqə məruz qalmış jurnalistlərdən biridir. O, son olaraq 31 yanvar 2009-cu il tarixdə saat 10:00-da RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi münasibətilə “Ümüd” Partiyasının qərargahında keçirdikləri toplantıdan reportaj hazırlayarkən İsmayıl İsmayılov  adlı şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. O, Mehdiyevi nalayiq ifadələrlə təhqir edib və sonra masanın üzərində olan külqabını götürərək jurnalistə atıb. Atılan külqabı Mehdiyevin sol gözünün altından (almacıq hissədən) dəyib və jurnalist xəsarət alıb. Baş vermiş hadisə ilə bağlı rəsmi qaydada Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunub və şikayət ərizəsi DİN-in müstəntiqi Hikmət Əliyevin icraatına verilib. Amma müstəntiq bu müddət ərzində baş vermiş hadisə ilə bağlı heç bir tədbir görməyib və ya gördüyü tədbirlər barədə zərərçəkmişə hər hansı bir məlumat verməyib. Jurnalistə xəsarət yetirən şəxs də hazırda azadlıqdadır. Müxbirin polisin hərəkətsizliyindən verdiyi şikayət ərizəsi də Naxçıvan şəhər Məhkəməsi tərəfindən rədd edilib.
Previous Post

KİV-Ə YARDIM STRATEGİYASININ İŞLƏNMƏSİ ÜZRƏ TƏKLİFLƏR HAZIRLANIB

Next Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.