Dünən (16 iyun) Azərbaycanın bir qrup müstəqil Gənclər Təşkilatı Azərbaycanda Qeyri-hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş düzəlişlərin qarşısının alınması məqsədilə prezidentə, Milli Məclisə, ölkə ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət qəbul ediblər: ”Bu düzəlişlər qeyri-hökumət sektorunun inkişafına qarşı yönəlib və Azərbaycanda vətəndaş cəmiyyətinə nəzarət məqsədi daşıyır”-deyə bəyanatda bildirilir.
“Son üç ildə QHT-lər haqqında qanunvericiliyə belə mürtəce düzəlişlər Rusiya, Kamboca və Misirdə qəbul edilib. Əgər iyunun 19-da Milli Məclisdə bu düzəlişləri təqdir edirsə, Azərbaycan bu acınacaqlı siyahını genişləndirəcək” – deyə Norveç İnsan Hüquqları Evinin ofisində Gənclər Klubunun rəhbəri Zaur Əkbər bildirib.
Müraciət müəllifləri ölkə ictimaiyyətini Azərbaycanın totalitar keçmişə qayıtmasına və monarxiya qanunlarının hökmranlıq etməsinə yol verməmək üçün etiraz səsini qaldırmağa çağırıblar: ”Düzəlişlərin qəbul edilib-edilməyəcəyindən asılı olmayaraq, biz öz fəaliyyətimizi davam etdirəcəyik” – deyə, müraciətin sonunda qeyd edilib.
Müraciəti Gənclər Klubu, “Stimul” Gənclər Şəbəkəsi, Azərbaycan Gənclər Platforması, “Dalğa” və “Ol” hərəkatları, Azərbaycan Liberal Gənclər Assosiasiyası, Azərbaycan Gənclərinin Avrointeqrasiya Təşkilatı, Birlik naminə Gənclər Təşkilatı, Gənclərin Elmi-Mədəni İnkişaf Təşkilatı, “Körpü-Kamp” Gənclər Təşkilatı imzalayıblar.