İCTİMAİ KOMİTƏNİN YENİ TƏRKİBİ MƏLUM OLUB

Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi bəlli olub. 

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) İctimai Komitənin üzvü Sahib Məmmədov məlumat verib. Onun sözlərinə görə, dünən (14 yanvar) 4-cü tərkibinin ilk iclasında koordinator seçkisi keçirilib. “Mən öz koordinator vəzifəsinə namizədliyimi geri götürdüm. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, millət vəkili Əliməmməd Nuriyev koordinator seçildi” – deyən Sahib Məmmədov əlavə etdi ki, Komitənin tərkibində dəyişiklik olub. “Komitə 10 nəfərdən ibarətdir. Əvvəlki tərkibdə olan Elçin Behbudov, Səadət Bənənyarlı və Kamil Səlimov artıq komitədə təmsil olunmurlar. Həmçinin 2 nəfər yeni üzv  Nazir Quliyev və Şahin Camalov seçilib” – deyə S.Məmmədov vurğuladı.
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin yeni tərkibində İradə Cavadova, Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Elmari Məmişov, Elmira Ələkbərova, Səidə Qocamanlı, Nazir Quliyev və Şahin Camalov təmsil olunurlar.

Previous Post

“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİNƏ 13 İL 3 AY HƏBS CƏZASI VERİLDİ

Next Post

ABŞ VƏ NORVEÇ SƏFİRLİKLƏRİ BİRGƏ BƏYANAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.