AZƏR AYXANA DÖVLƏT TƏRƏFİNDƏN AYRILAN VƏKİL HAZIRLIQ İCLASINDA İŞTİRAK ETMƏYİB

Bu gün (1 fevral) Nizami rayon məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və qəzetin müxbiri Qoşqar Bakılıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında iddiaçının nümayəndəsi Məzahir Sadıqov və cavabdeh Azər Ayxan iştirak edirdi.

Hakim Azər Ayxana dövlət tərəfindən vəkil ayrıldığını, lakin həmin vəkilin prosesdə iştirak etmədiyini əsas gətirərək hazırlıq iclasının 8 fevral saat 14:30-da davam edəcəyini dedi.  
Xatırladaq ki, iddiaya səbəb “Yeni Müsavat”ın bu il yanvarın 5-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə olub. Akademik həmin məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci təhqir maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.
Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

MİLLİ MƏCLİSDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD OLUNMASI TƏLƏB OLUNUB

Next Post

“İDMAN-AZƏRBAYCAN” KANALI 1 İLDİR QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.