Dövlət ittihamçısı Baş redaktora 5 il həs cəzası verilməsini istəyib

1343037316_shirin-ceferi

Mayın 13-də Kəpəz rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinə əsasən ittiham olunan “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfərinin  məhkəmə prosesi keçirilib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ş. Cəfəri məlumat verib.

Ş. Cəfərinin sözlərinə görə, bugünkü prosesdə müdafiə tərəfinin ötən proses zamanı iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə olan vəsatəti müzakirə olunub. Lakin dövlət ittihamçısı vəsatətin əleyhinə çıxaraq buna ehtiyac olmadığını bildirib və təmin edilməməsini məhkəmədən xahiş edib. Dövlət ittihamçısı həmçinin Vergilər Nazirliyinin çıxardığı qərarın etibarlılığının saxlanılması və Şirin Cəfəriyə 5 il azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məhkəmədən istədi. Şirin Cəfəri hakim Y. Həşimov hökmün oxunmasını 20 may saat 11:00-a qədər təxirə salınmasını dedi.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya  Qarşı Mübarizə İdarəsi “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.   Buna səbəb kimi isə qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciəti göstərilir. Məlumata görə, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, “Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “Qara siyahı”sına düşüb. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, istintaq zamanı müəyyən olunub ki, Cəfəri yalnız KİV haqqında qanunun tələblərini pozmayıb, həm də vergi qanunvericiliyinin tələblərinə əməl etməyib. Məlumata görə, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub. Beləliklə, küllü miqdarda, 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb. Son olaraq isə qəti olaraq baş redaktorun 107 min manat cərimə ödəməsi tələb edilir. O isə məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Qeyd edək ki, “Gündəm Xəbər” qəzeti 2009-cu ilin iyun ayından etibarən nəşr olunur.

Previous Post

Dindar Blogger narkotik ittihamı ilə həbs edilib

Next Post

İnternetdə diffamasiya haqqında qanuna dəyişiklik – söz azadlığının boğulması istiqamətində daha bir rüsvayçı addım

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.