İTV-NİN ÜÇ YAŞI TAMAM OLDU

Bu gün (29 avqust) İctimai Televiziyanın (İTV) yaranmasının 3 yaşı  tamam oldu.

İTV Azərbaycan hökumətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliy əsasında yaradılaraq 2005-ci il avqustun 29-dan fəaliyyətə başlayib.  Amma bu müddət ərzində informasiya, əyləncə sosai-iqtisadi və sairə verlişlərlə ekrana gələn İTV ictimaiyyətin telekanılına çevrilməyib. Telekanal “Gerçəyin özü”, “Yekun”, “İşgüzar saat”, “Ortaq məxrəc”, “Çarpaz baxış“, “Carçı” və “Xalq seçir” kimi ictimai-siyasi yüklü proqramlarla ekrana gəlsə də bu proqramlarda əsasən  ictimaiyyət üçün az aktuallıq kəsb edən mövzular gündəmə gəttirilir.
Habelə telekanalda sosal-siyasi mövzuda təşkil olunan debatlara ciddi tənqidçı ekspertlər dəvət edilmir. Müstəqil analitiklər, Azərbaycanın siyası müxalifətinin rəyı  habelə RATI-nin apardığı müşahidələrin nəticəsində bəlli olur ki,  İTV   daha çox hazırkı iqtidarın təbliği ilə məşğul olur, telekanal müxalifət liderləri və tənqidçilərin üzünə bağlıdır.
Bu gün RATİ-nin əməkdaşı “İTV-nin 3 illik fəalətini necə qiymətləndirirsiniz?” sualı ilə telekanalın rəhbəri İsmayıl Ömərova və media nümayəndələrinə müraciət edib. 
Jurnalist Rövşən Hacıbəyli  cavabında telekanalıb bu 3 ildə Azərbaycan tamaşaçısının qane etmədiyini bildirib: ” Bu gün  İctimai televiziya dövlət televiziyasının funksiyasını yerinə yetirir. Bu televiziyada ancaq bitərəfli qaydada hakimiyyət təbliğ olunur”.
BDU-nun Jurnalistuka Fakültəsinin müəllimi Zeynal Məmmədli bir mənalı olaraq İTV-ni ictimaiyətin televiziyası hesab etmir. O bildirdi ki,  İTV-nin cəmiyyətin kanalı olmaması televiziyanın yox cəmiyyətin problemidir: ”Bu telekanalı başqa telekanalların cəmiyyətə vermədirlərini verməli idi və əsas missiyası da xalqın parlamentinə çevrilmək olmalı idi”.
Milli Televiziya və  Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli isə mövzu rəngarəngliyi, efir mədəniyyəti və Azərbaycanın milli mentalitetinə xas olan verilişlərin hazırlanması baxımından İTV-nin üç illik fəaliyyətini çox yüksək qiymətləndirdi. N.Məhərrəmli bu telekanalda milli, etnik proqramların hazılanmasını da təqdirə layiq hal olduğunu bildirdi: “İTV bizim gözləntilərimizdən də yaxşı kanala çevrilib.”
İTV-nin sədri İsmayıl Ömərov isə əməkdaşının sualını belə cavablandırdı: “Çoxlarının görə bilmədikləri işləri biz çox qısa meddətdə gördük. Bu da kollektivimizin gənc və istedadlı olması ilə əlaqədardır”.   
Onu da qeyd edək ki, yarandığı müddətdən bəri İTV-yə dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Belə ki, 2008-ci ildə İTV-yə 10 032 000,0 AZN, 2007-ci ildə  7 524 000,0 AZN, 2006-cı ildə isə 11 000 000,0 AZN ayrılmışdır. Bu məbləğ də ümumilikdə  təxminən 35,3 milyon ABŞ dollarına bərabərdir.

Previous Post

BU GÜN MƏRHUM TELE-JURNALİST ÇİNGİZ MUSTAFAYEVİN DOĞUM GÜNÜDÜR

Next Post

NAXÇIVANDA DÖYÜLƏN JURNALİSTLƏRDƏN İKİSİ PROKURORLUĞDA İZAHAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.