İCTİMAİ BİRLİK SƏDRİ APELLYASİYA ŞİKAYƏTİ VERİB

Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətifə Məlikova mərkəzin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmamağı ilə bağlı qaldırdığı iddiaya əsasən Yasamal rayon Məhkəməsində çıxarılmış qərardan Apelyasiya şikayəti verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) L.Məlikovanın özü məlumat verib.
Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal rayon məhkəməsində 1 iyul 2009-cu ildə iddianın təmin olunmamağı ilə bağlı qərar çıxarılmışdı.

Previous Post

AĞASİF ŞAKİROĞLU HƏBSDƏN BİRBAŞA HƏRBİ HİSSƏYƏ GÖNDƏRİLDİ

Next Post

VERONİKA KOTEK NOVRUZƏLİ MƏMMƏDOVA BAŞ ÇƏKİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.