Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek Ədliyyə Nazirliyinin nümayəndəliyi ilə birgə Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında “Tolişi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun Hüquqlarının Müdafiə Komitəsindən məlumat daxil olub. Xəstəxananın rəhbərliyi və N.Məmmədovu müayinə edən həkimlər baş redaktorun səhhətini orta-ağır kimi qiymətləndirmişlər. Xanım Veronika Kotek N.Məmmədovun səhhətiylə bağlı Avropa Şurasının rəsmi xəttiylə məsləhətşi mütəxəssis-həkim dəvət etmək təklifinə cavab olaraq xəstəxananın rəhbərliyi bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində buna yer verilmir.
Daha sonra Veronika Kotek N.Məmmədovun ailəsi ilə də görüşərək baş redaktorun səhhətinin ağırlaşmasından narahat olduğunu bildirib və onun həbsinin Avropa Şurasının diqqət mərkəzində olduğunu vurğulayıb.
Qeyd edək ki, N.Məmmədov səhhəti kəskin şəkildə ağırlaşdığından iyulun 28-də 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında köçürülmüşdür.
Xatırladaq ki,“Tolışi Sədo” (“Talışın Səsi”) Novruzəli Məmmədovun Azərbaycan Respublikası CM-in 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il azadlıqdan məhrum edilib.