İCTİMAİ BİRLİK ƏDLİYYƏ NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

Bu gün (3 mart) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təsisçiləri Əli Bəşirli və Şükür İzzətoğlunun Ədliyyə Nazirliyinə qarşı İB-nin qeydiyyata alınmamasının qanunsuz hesab edilməsi” ilə bağlı iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) təsisçilərindən biri Ə. Bəşirli məlumat verib.

Onun sözlərinə görə, iddia icraata qəbul olunub və mahiyyəti üzrə baxılması üçün proses 15 mart saat 17:00-a təyin olunub.
Qeyd edək ki, 2009-cu ilin mart ayında təsis olunan “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi” İctimai Birliyi 7 aprel 2009-cu ildə Ədliyyə Nazirliyinə müraciət etsə də, qeydiyyata alınmadığına görə məhkəməyə müraciət edib.

Previous Post

TOMAS HAMMERBERQ AZƏRBAYCANDA GÖRÜŞLƏR KEÇİRİB

Next Post

BLOGGERLƏRİN VƏKİLLƏRİNİN HAKİM TƏRKİBİNƏ ETİRAZI QƏBUL OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.