RAFİQ TAĞI İŞƏ BƏRPA OLUNMAQ İSTƏYİR

2007-ci ilin sonunda əfv fərmanı ilə azadlığa çıxan “Sənət qəzeti”-nin əməkdaşı Rafiq Tağının RATİ-yə verdiyi məlumata görə o, Bakı Şəhər Baş Tibb İdarəsinə iş yerinə bərpa olunması üçün müraciət edib.

Yanvar ayının 8-də müraciət etdiyini söyləyən R.Tağı bildirib ki,  fevralın 12-də  İdarənin rəisi Leyla Seyidbəyova ilə görüşüb. Və rəis ona mart ayının sonuna qədər gözləməyi məsləhət görüb. Sonda R.Tağı əlavə edib ki, “idarədən mənə eyni zamanda bildiriblər ki, sənə bəraət verilməyəcək. Əgər işə götürülsən təzədən götürüləcəksən”.
Xatırladaq ki, R.Tağı 11 il Moskvada tibb sahəsində işlədikdən sonra 1990-cı ildən 17 il ərzində Bakıda Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyasında işləyib. Lakin həbs edildiyindən işdən azad olunub.

Previous Post

YEVGENİYA JİVKOVA MÜSAHİBƏSİNƏ AYDINLIQ GƏTİRİB

Next Post

HƏKİM EKSPERTLƏRİN YALAN DANIŞDIĞI MƏLUM OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.