“HÜRRİYYƏT” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ DÖYÜLÜB

İyulun 5-də  "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, "Hürriyyət" qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarlı İmişli Rayon İcra Hakimiyətinin şöbə müdiri Rahim Zahidovun qohumları tərəfindən döyülüb.

Ağır bədən xəsarəti alan, burun sümüyü sındırılan M. Zülfüqarlı xəstəxanaya yerləşdirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)   "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının  koordinatoru Oqtay Güləliyev məlumat verib.
O.Güləliyevin sözlərinə görə,  ötən gün ərzində obyektiv araşdırma aparmaq əvəzinə polis tərəfləri barışdırmağa çalışıb və hələ ki, qarşı tərəf məsuliyyətə cəlb edilməyib.
     Habelə o bildirikl ki, hadisənin konkret olaraq hansı zəmində baş verməsi hələ  tam aydın deyil: “Yalnız onu deyə bilərik ki, M. Zülfüqarlı daşqınlarla bağlı İmişlidə evlərin tikilməsi zamanı korrupsiya hallarına və ayrı- seçkiliyə yol verildiyini dəfələrlə bildirib. Məhz onun və digər yoldaşların köməkliyi ilə biz keçən ay İmişlidə 38 evə baxış keçirdik. Hazırda 200- dən çox məhz həmin rayondan bizə müraciətlər edilib. Məhbub bey bizə etdiyi müraciətdə İmişlidə tikilən evlərin bir qisminin İmişli RİH- nin şöbə müdiri Rahim Zahidovun qohumlarına məxsus olduğunu bildirmiş və bu evlərin siyahısını bizə təqdim edib.  Bizim "Kür" Qərargahı olaraq iyun ayında İmişlidə evlərə baxış keçirməmiz yerli icra hakimiyyəti tərəfindən yaxşı qarşılanmamışdı. Buna görə yerli hakimiyyət tərəfindən Məhbub bəyə xəbardarlıq edilmiş, icra başçısının müavinləri bizim baxış keçirdiyimiz evlərə gedərək insanlardan "Kür" Qərargahına verdikləri ərizəni geri götürməyə məcbur etmişlər. Buna görə hətta bəzi insanlara təzyiq də göstərilmişdir”, – deyə O.Güləliyev bildirib.

Previous Post

CABBAR SAVALANLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ AŞPA-NIN YAY SESSİYASINDA İŞTİRAK EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.