SƏRHƏDSİZ REPORTYORLAR VƏ RATİ ƏLİ ABBASOVA BİRGƏ SORĞU GÖNDƏRİB

Sərhədsiz Reportyorlar və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (29 iyul) Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova birgə informasiya sorğu göndərib.

Təşkilatlar Azərbaycanda elektron təhlükəsizliyi həyata keçirəcək dövlət qurumunun yaradılacağı ilə bağlı verilən açıqlamadan sonra bu qərara gəliblər. Belə ki, nazir 19 iyul 2008-ci il tarixdə verdiyi açıqlamasında bildirmişdi ki, yaradılacaq qurum Azərbaycanın internet məkanına nəzarət etmək imkanlarına malik olacaq və bu strukturun yaradılması və fəaliyyəti "Kiber cinayətkarlıq haqqında Beynəlxalq Konvensiya" da öz əksini tapdığından internet üzərində senzura sayıla bilməz.
    İnformasiya sorğusunda qeyd edilir ki, Sərhədsiz Reportyorlar və RATİ İnternetə nəzarət edəcək orqanının yaradılmasının İnternetdə söz azadlığına təhlükə olacağından ehtiyatlanır. Buna görə də informasiya sorğusunda qurumun hansı orqan tərəfindən yaradılması, onun rolu və vəzifəsi, bu qurumun İnternetdə söz azadlığına təhlükə olub-olmayacağı ilə bağlı suallar soruşulur.

Previous Post

ALİ MƏHKƏMƏ MÜŞFİQ HÜSEYNOV BARƏDƏ ÇIXARILMIŞ QƏRARI QÜVVƏDƏ SAXLADI

Next Post

SİYASİ MƏHBUS NOVRUZƏLİ MƏMMƏDOVUN MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.