SƏRHƏDSİZ REPORTYORLAR BLOGGERLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

“Sərhədsiz Reportyorlar” təşkilatı gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbs olunmasının 1 ilinin tamam olması ilə bağlı onların azad olunması barədə Azərbaycan hakimiyyətinə çağırış edib.

“Saxta ittihamlarla həbs edilərək cinayətkar donu geyindirilən bu iki bloqçu  siyasilərin korrupsiyalaşması ilə bağlı çəkdikləri zarafat şəklində olan video rolikə görə ittiham edilirlər” – deyə Sərhədsiz Reportyorlar bildirib.

 

    “Beynəlxalq ictimaiyyət onların azad edilməsində israrlıdır. Lakin hakimiyyət nümayəndələri özlərini eşitməməzliyə vuraraq, sərbəst ifadə hüququnu açıq şəkildə pozmaqda davam edirlər. Bloggerlərin azad edilməsi ilə bağlı Azərbaycan hökumətinə təzyiq bloggerlərə qarşı olan ittihamlar ləğv edilənə və onlar azad edilənə qədər davam etməlidir” – deyə təşkilatın press-relizində vurğulanır.

 

    Qeyd edək ki, bu gün Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsindən 1 il ötür.

 

    Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

ZİYALILAR EYNULLA FƏTULLAYEV VƏ BLOGGERLƏRİN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

Next Post

POLİS AKSİYADA JURNALİSTLƏRLƏ KOBUD DAVRANIB VƏ ONLARA PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ MANE OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.