“SƏRHƏDSİZ REPORTYORLAR” NAXÇIVANDAKI HADİSƏLƏRLƏ BAĞLI MÜRACİƏT İMZALAYIB

Bu gün (04 fevral) Azadlıq qəzetinin verdiyi məlumata görə “Sərhədsiz Reportyorlar” təşkilatı Naxçıvanda müstəqil jurnalistlərin təqibə məruz qalmaları ilə bağlı Azərbaycan Respublikası prezidenti  İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib.

“Azadlıq” qəzetinin məlumatına görə, müraciətdə Sədərək rayon Heydərabad qəsəbə sakinləri –  Xanımzər Hüseynova  və Elvin Hüseynovun itkin düşməsinin səbəblərini araşdırmaq istəyən jurnalistlər – “Azadlıq” radiosu və “Turan” informasiya agentliyinin müxbiri Məlahət Nəsibova,  RATİ-nin müxbirləri – Həkimeldostu Mehdiyev, Mehman Mehdiyev və Elman Abbasovun təqib və təzyiqə məruz qalmaları pislənilib və   bu kimi neqativ hallara  son qoyulması,   günahkarların isə cəzalandırılması tələb edilib.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

“SEÇİLƏN” FİLMİ İLƏ BAĞLI İCTİMAİ MÜZAKİRƏ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.