BMM-İN FƏALİYYƏTİNİ DAYANDIRACAĞI İLƏ BAĞLI XƏBƏR TƏSDİQLƏNMƏDİ

iyun 3rd, 2008

“Beynalxalq Mətbuat Mərkəzi (BMM) fəaliyyətini dayandırır”. Bu xəbər “Azadlıq” qəzetinin bugünkü (03.06.2008) sayında verilib.

Xəbərdə bildirilir ki, buna səbəb BMM-in maliyyə böhranı keçirməsidir. Məlumata görə, son vaxtlar BMM-də tədbirlərin keçirilməsi üçün qiymətlərin qaldırılması hesabına mətbuat mərkəzinə keçirilən tədbirlərin sayı kəskin azalıb. Xəbərdə o da bildirilir ki, BMM-in fəaliyyəti gəlirli olmadığı üçün yerində restoran fəaliyyət göstərəcək.
 “BMM-in bağlanacağı ilə bağlı yayılmış məlumatın heç bir əsasi yoxdur. Bu tam yanlış məlumatdır, biz işləyirik və mətbuat mərkəzində tədbirlər də keçirilir”. Bunu isə RATİ-yə BMM-in maliyyə direktoru Ehtiram Kərimov bildirdi.