“AZADLIQ” RADİOSUNUN SAYTINA QOYULMUŞ MƏHDUDİYYƏT DAVAM EDİR

Azərbaycanda fəaliyyət göstərən bir neçə internet provayderindən “Bakinternet”, “Azeronline”, “Uninet”, “Ultel”, “Connect”  provayderlərindən “Azadlıq” radiosunun saytına giriş məhdudlaşdırılması davam edir. Qeyd edək ki, bu barədə “Facebook” sosial şəbəkəsində geniş məlumat verilib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yaranmış problemlə bağlı araşdırma aparıb.

“Ultel” provayderindən RATİ-yə verilən məlumata görə bu problem saytın özündə yaranmış problemlə əlaqədardır.
“Connect” provayderinin operatoru Tofiq Hüseynov isə bu provayder tərəfindən “Azadlıq” radiosunun saytına giriş üçün heç bir məhdudiyyət qoyulmadığını bildirdi.
“Azeronline”-nin müştəri xidmətləri üzrə təmsilçisi Tural Ömərov azadliq.org linkinin əvvəlinə www   yazmaqla ( www.azadliq.org ) sayta girişin mümkün olduğunu bildirdi.
“Bakinternet” və “Uninet”-dən də problemin provayderlərlə əlaqəli olmadığını bildirdilər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı departamentinin müdiri Rüfət Gülməmmədov isə RATİ-yə bildirib ki, bu məsələlər təmsil etdiyi qurumun səlahiyyətinə aid deyil.

“Aztelekom”dan da məsələyə münasibət öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.

Xatırladaq ki, mart ayının 6-da saat 15.00-dan etibarən  internet ünvanına Azərbaycanda fəaliyyət göstərən “Bakinternet”, “Azeronline”, “Uninet”, Ultel və “Connect” provayderlərindən, martın 8-də isə “Adanet” pravayderindən (08 mart) saat provayderindən “Azadlıq” radiosunun azadliq.org saytına girişə məhdudiyyət qoyulub.

Previous Post

İNTERPOL ELMAR HÜSEYNOVUN QATİLLƏRİNİN AXTARIŞININ DAVAM ETDİYİNİ BİLDİRİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.