ŞAHİDLƏR MƏHKƏMƏYƏ GƏLMƏKDƏN İMTİNA EDİBLƏR

Bu gün Yasamal Rayon məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə əsas şahidlər dindirilməsi nəzərdə tutulurdu. Lakin əsas şahidlərdən Rüstəmov Vahid, Tahirov İkram və Qənimətov Afiq prosesdə iştirak etmirdi. Onlar prosesdə iştirak edə bilməyəcəklərini və ilkin istintaqa verdikləri ifadələri təsdiq etdikləri barədə məhkəməyə teleqram göndəriblər. Hakim bu barədə tərəflərin fikrini öyrəndi. Dövlət ittihamçısı əsas şahidlərin əksəriyyətinin dindirildiyini bildirərək məhkəmənin davam etməsini və əlavə şahidlərin dindirilməsini  istədi. Q.Zahidovun hüquqlarını qoruyan vəkillər isə şahidlərin məhkəməyə gətirilməsini istədilər. Vəkil Osman Kazımov bildirdi ki, “şahidlərin məhkəmədə iştirak etməməsini məktub və ya teleqramla bildirməsi qanunvericiliyə ziddir”. Vəkil Elçin Sadıqov Avropa İnsan Haqları Konvensiyasından nümunə gətirdi: ”Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsində bildirilir ki, bizim əleyhimizə ifadə verən şahidləri dindirmək hüququmuz var”.
Daha sonra vəkil E.Sadıqov vəsatət verdi ki, Vüsal Həsənov xəstəxanada olan zaman onu dindirən tədqiqatçı Pünhan Məmmədov da məhkəməyə dəvət olunsun. Hakim vəsatətin təmin edilcəyini bildirdi.
Bundan sonra hakim əsas şahidlərin məhkəməyə gəlmədiyindən prosesi fevralın 5-i saat 11:00- təyin etdi.

Previous Post

MİLLİ MƏCLİSİN MƏTBUATDA İŞIQLANDIRILMASINDA MƏHDUDİYYƏT VAR

Next Post

BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.