İLKİN İZAHATI ALINANDA SAVALANLI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

      Dünən (08 fevral) İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov fevralın 5-də həbs edilmiş gənc fəal Cabbar Savalanlı ilə görüşüb.

 Behbudovun RATİ-yə verdiyi məlumata görə, Savalanlı ona qarşı irəli sürülmüş ittihamı birmənalı olaraq rədd edib və narkotik maddənin onun üzərinə atıldığını bildirib. Hüquq müdafiəçisi bildirib ki, Savalanlıdan izahat alınarkən ona qarşı yüngül fiziki təzyiq də olub.    

 

            Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis onun üzərində axtarış aparılarkən 0,74 qram narkotik maddə aşkarlandığını bildirib, Sumqayıt Şəhər Məhkəməsi isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

           

Yerli hüquq müdafiə və gənclər təşkilatları bu həbsin sifarişlə həyata keçirildiyini,  Savalanlının onun hakimiyyəti tənqid edən fikirlərinə görə cəzalandırıldığını hesab edirlər. 

Previous Post

“YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİNİN MÜXBİRİ POLİSƏ ÇAĞIRILIB VƏ HƏDƏLƏNİB

Next Post

FƏTULLAYEV BƏZİ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ HƏYATINA QƏSD EDİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.