Mərhum jurnalistin ailə üzvləri prezidentə müraciət edib

İyunun 22-də mərhum yazıçı-publisist Rafiq Tağının ailə üzvləri prezident İlham Əliyevə müraciət edib. Bu barədə bu gün (24 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. Tağının qardaşı İlqar Tağıyev məlumat verib. İlqar Tağıyevin sözlərinə görə, müraciətdə Rafiq Tağının öldürülməsindən 2 ilə yaxın keçməsinə baxmayaraq, istintaq orqanının  faktiki olaraq heç bir səmərəli addım atmaması qeyd olunub:
“Ailə üzvləri olaraq,  dəfələrlə şikayət və vəsatətlər versək də, heç bir səmərəsi olmayıb, hətta məhkəmələr də şikayətlərimizi icraata qəbul etməkdən imtina edib. Müraciətimizdə R. Tağının ölümünün araşdırılmasına göstəriş verilməsini və istintaqın diqqətdə saxlanılmasını və prezidentə müraciət edərək, R. Tağının ailəsini qəbul etməsini ondan xahiş etmişik” –deyə mərhum jurnalistin qardaşı bildirib.
Xatırladaq ki, 2011-ci il noyabrın 19-da  61 yaşlı Rafiq Tağı axşam saatlarında işdən evə dönərkən naməlum şəxs ona 7 bıçaq zərbəsi yetirmişdi. Hadisədən 4 gün sonra  yazar müalicə aldığı Respublika Klinik Xəstəxanasında vəfat etmişdi. Publisistin özü və həmkarları sui-qəsdin səbəbinin noyabrın 11-də dərc olunan və İran hakimiyyətini tənqid edən “İran və qloballaşma qaçılmazlığı” məqaləsi olduğunu ehtimal etsələr də, qatil və sifarişçilər hələ də tapılmayıb. Əlavə edək ki, 2007-ci ildə Rafiq Tağı “Sənət” qəzetində dərc olunmuş “Avropa və biz” məqaləsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Previous Post

Beynəlxalq mükafat jurnalistin anasına təqdim edilib

Next Post

Vəkil jurnalistin işgəncəyə məruz qalması ilə bağlı yeni ekspertizanın keçirilməsinə çağırır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.