HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BƏYANATI

Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Azərbaycanlı gənc fəalların həbs qəti-imkan tədbirinə məruz qalması, döyülməsi və onlara vaxtında tibbi yardımın göstərilməməyi barədə bəyanat yayıb:

“17 İyul, 2009, Bazaleti, Gürcüstan   
 Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Adnan Hacızadənin və Emin Millinin (Abdullayev) həbsindən, döyülməsindən və vaxtında tibbi yardım almamalarından narahatdır.
Adnan Hacızadə   “OL”  Gənclər Təşkilatının koordinatorlarından biridir və tanınmış video-blogerdir, Emin Milli isə Alumni Network (AN) Gənclər Təşkilatının sədri və ANTV adlı şəbəkə telekanalının rəhbəridir.   
Şəbəkə tərəfindən əldə edilən məlumata görə, 8 iyul 2009-cu ildə təxminən saat 20.00 radələrində Bakı restoranlarının birində əyləşən idmançı görkəmli iki şəxs “Siz niyə hakimiyyəti tənqid edirsiniz?” soruşaraq Adnan Hacızadə və Emin Milliyə hücum etmişdir.   
Onlar polis bölməsinə gedərək hücumlara məruz qalmaları ilə  bağlı şikayət verərkən Səbail rayon polisi Adnan Hacızadəyə və Emin Milliyə tibbi yardım göstərməkdən imtina etmiş və onları xuliqanlıqda (Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi) ittiham edərək saxlamışdır. Hər ikisi növbəti günə qədər istədikləri vəkillə təmin olunmaq hüququndan məhrum edilmişdir. 10 iyul, 2009-cu ildə Səbail rayon Məhkəməsi fəallar barədə iki aylıq həbs qəti-imkan tədbiri seçilmişdir.
Adnan Hacızadə  və Emin Millinin həbsi onların son dövrdəki fəaliyyətlərinə görə cəzalandırmaq istəyi ilə izah olunması görünür.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Azərbaycan hakimiyyətinə xatırlatmaq istəyir ki, heç kəs kortəbii olaraq həbs edilə və ya saxlanıla bilməz, bu Azərbaycan Konstitusiyası və Avropa İnsan Haqları Konvensiyasına ziddir.   
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan 30 QHT Azərbaycan hakimiyyətini çağırır:   
•    Beynəlxalq hüquq və standartlara uyğun olan əsaslı qanuni ittihamlar olmadığından Adnan Hacızadə və Emin Milli dərhal azad edilsin, yaxud belə ittihamlar varsa belə onların işinə tərəfsiz, müstəqil və ədalətli məhkəmədə baxılsın və onların bütün prosedur hüquqları təmin edilsin;
•    Baş verən hadisələrin təcili, effektiv, dəqiq, müstəqil və tərəfsiz araşdırılması aparılsın, nəticəsi ictimaiyyətə açıqlansın və məsuliyyət daşıyan şəxslər müstəqil məhkəməyə cəlb edilsinlər;
•    Azərbaycanın insan haqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərin tələb etdiyi kimi Adnan Hacızadə və Emin Millinin fiziki və psixoloji vəziyəti bərpa edilsin;
•    Hər ikisi müstəqil həkimlər tərəfindən müayinə edilsin və onlara müvafiq tibbi yardım edilsin.”

Previous Post

EMİN MİLLİ VƏ ADNA HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.