Bu gün (01 sentyabr) Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu reallaşdırdığı ilk müsabiqənin nəticələrini açıqlayıb.
Fondun icraçı direktoru Vüqar Səfərli keçirdiyi mətbuat konfransında deyib ki, bu il iyunun 1-də elan olunan müsabiqəyə 112 layihə təqdim olunub. 25 layihə ilə bağlı sənədlər düzgün tərtib edilmədiyinə görə müsabiqəyə buraxılmayıb. 12 ekspertə qiymətləndirmək üçün 87 layihə təqdim edilib və 55 layihə müsabiqədə qalib gəlib. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı, 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.