TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN XARİC OLUNMASI İLƏ BAĞLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Dünən (17 fevral) “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlov Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilməsi ilə bağlı Nəsimi Rayon məhkəməsinə müraciət edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən E.Bədəlovun sözlərinə görə, iddia ərizəsində cavabdeh qismində həm ADNA, həm də bu akademiyanın rektoru Siyavuş Qarayevi göstərib. E.Bədəlov vurğuladı ki, iddiada imtahan nəticələrinin ləğvi və ali məktəbə yenidən bərpa olunmasını istəyib.

Qeyd edək ki, E.Bədəlovun hüquqlarını Media Hüququ İnstitutunun vəkili Fariz Namazov müdafiə edəcək.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj”  adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qəzrəz nəticəsində kəsildiyini iddia edir.

Previous Post

“PRESSPOST” XƏBƏR PORTALININ BAŞ REDAKTORU İNTERNETDƏ ÖLÜMLƏ HƏDƏLƏNDİYİNİ BİLDİRİB

Next Post

“SALAMNEWS” AGENTLİYİNİN MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.