Ali Məhkəmənin qərarı diffamasiya islahatı çağırışlarını stimullaşdırır

Martın 11-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı işinə görə həbs edilənlərin, o cümlədən, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə zamanı təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
Prosesdə son söz söyləyən Tofiq Yaqublu bildirib ki, istintaq zamanı çoxlu qanun pozuntuları baş verib. Eyni zamanda jurnalist ittiham aktında olan və məhkəmə zamanı da sübuta yetirilməyən faktları bir daha məhkəmənin diqqətinə çatdırıb.
Tofiq Yaqublu onu da qeyd edib ki, hakimiyyətin ona qarşı qərəzindən və bu həbsin siyasi sifariş əsasında həyata keçirilməsindən də danışıb. Jurnalist onu da bildirib ki, Neft Akademiyasında kütləvi qətlin jurnalist araşdırmasına görə Baş Prokurorluq rəhbərliyinin çoxdan ona qarşı qərəzi var idi. Həmin vaxt prokurorluq Gürcüstan vətəndaşı olan erməni Mardun Qumaşyanı qətlin təşkilatçısı elan etmişdi. Yaqublu Gürcüstana gedərək, Qumaşyanın adi insan olduğunu, hüquq-mühafizə orqanlarının isə ona qarşı iddiası olmadığını, Azərbaycan tərəfin isə Qumaşyanla bağlı Gürcüstan hakimiyyətinə müraciət etmədiyini müəyyən edib.
Sonda jurnalist məhkəmə heyətinə bildirib ki, həyat bu gün burda bitməyərək davam edəcək və qanunsuz qərarlar çıxardanlar cəzalandırılacaq.
Qeyd edək ki, məhkəmə müşavirə gedib və hökmün 17 mart saat 09.30-da elan olunacağını bildirib.
Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur.

Previous Post

Jurnalist məhkəmədə ifadə verib

Next Post

Jurnalistin məhkəməsində ittiham tərəfin şahidləri dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.